суббота, 14 марта 2015 г.

Ağırlıq qüvvəsi – cisimlərin Yer tərəfindən cəzb olunduğu qüvvəyə deyilir. Ümumdünya cazibə qanununu Yer və onun səthindəki m kütləli cismə aid edilsə, F=G·M·m\R2 olar. Burada G -qravitasiya sabiti, M – Yerin kütləsi, R – Yerin radiusudur. Hər bir kütləsi olan cisim öz ətrafında qravitasiya sahəsi yaradır.
Qravitasiya sahəsinin intensivliyi – qravitasiya sahəsində cismə təsir edən cazibə qüvvəsinin onun kütləsinə olan nisbətinə deyilir: g = F\m və ya g =GM/R2.Qravitasiya sahəsinin intensivliyi -bu sahəni yaradan cismin (burada Yerin) kütləsi ilə düz, onun mərkəzindən olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyətdir və hər yerdə onu yaradan cismin mərkəzinə doğru yönəlir.Sərbəstdüşmə təcili-bəzən qravitasiya sahəsinin intensivliyi də adlanır və Yer səthində cisimlərin havasız fəzada düşmə təcilidir. Yer qütblərdə bir qədər basıqdır və qravitasiya sahəsinin intensivliyi 9,83N\kq, ekvatorda 9,79N\kq-dır və ortalama g = 9,81N\kq götürülür. Yer səthindən h hündürlüyündə qravitasiya sahəsinin intensivliyi, gh=GM\(R+h)2 ilə hesablanır.Bu təcil cismin kütləsindən asılı deyil və 9,81N\kq və ya g = 9,81m\san2. Yer ayrı-seçkilik qoymadan bütün cisimlrə eyni sürət artırma imkanı verir. Ay səthində Ayın yaratdığı qravitastya sahəsinin intensivliyi Yer səthində Yerin yaratdığı sahənin intensivliyindən təqribən altı dəfə kiçikdir.

Комментариев нет:

Отправить комментарий